Close

Beynəlxalq Səviyyəli Akreditasiyaya malik ilk Peşə Təhsili Müəssisəsi

ƏTRAFLI

SƏTƏM və Yükqaldırma işləri üzrə hazırlıq proqramına qeydiyyat başlanır

ƏTRAFLI

SƏTƏM mütəxəssisi tədris proqramı (IOSH sertifikatlı)

ƏTRAFLI

Yük qaldırma mütəxəssisi tədris proqramı (LEEA sertifikatlı)

ƏTRAFLI

Sənaye maşınlarının operatorları

ƏTRAFLI

ÜSTÜNLÜKLƏRİMİZ

Beynəlxalq səviyyəli akreditasiyaya malik ilk peşə təhsili müəssisəsi

Məzunlarımızın ölkə miqyaslı layihələrə çıxış imkanı

6 – 24 aylıq intensiv kurslar vasitəsilə beynəlxalq səviyyəli mütəxəssis olmaq imkanı

TƏLİM - TƏDRİS

Ətraflı

Sağlamlıq və Əməyin Təhlükəsizliyi

Ətraflı

Yük qaldırma işləri

Ətraflı

Sənaye maşınlarının operatorları

Ətraflı

Taxtabəndçilik

Ətraflı

Hündürlükdə görülən işlər

Ətraflı

Praktiki təlimlər

"KULANE" mütəxəssis hazırlıq mərkəzi SƏTƏM və yükqaldırma istiqamətləri üzrə mütəxəssis hazırlanması üçün tədris proqramlarına qəbul elan edir.

Hazırlıq proqramı azərbaycan dilindədir. İxtisasların tələbinə uyğun olaraq 6 ay boyunca tələbələrə ingilis dili, kompüter proqramları (AotoCad, MsOffice-Exel, PP, Word və s), yerli və beynəlxalq qanunvericilik, peşə psixologiyası və ilkin SƏTƏM dərsləri keçiriləcəkdir.

Kursun müddəti ilkin olaraq 6 aydır. Proqramı uğurla bitirən məzunlar beynəlxalq və yerli sertifikatlar əldə edəcəklər.

Proqrama tam orta təhsilli, öyrənmə qabiliyyəti olan, peşə sahələrinə həvəsli istənilən şəxslər qatıla bilər.

Dərslər peşəkar müəllimlər/qiymətləndiricilər tərəfindən tədris olunacaq. Vaxtaşırı  müşahidələr nəticəsində peşə təhsili alan şəxslərin mənimsəmə bacarığı qiymətləndiriləcək, bu istiqamətdə inkişaf planı hazırlanacaqdır.

Ümumiyyətlə, proqram nəzəri və praktik biliklərin verilməsi ilə sənaye sahələrində peşəkar texnik, mütəxəssis  kimi çalışacaq savadlı və bacarıqlı kadrların hazırlanması və ehtiyac yarandığı halda, sonda aldıqları beynəlxalq sertifikatlarla və öyrəndikləıri ingilis dilinin köməyi ilə xarici ölkələrdə müvafiq sənaye sahələrində işləyə biləcək insanlarımızın yetişdiriliməsidir.

Peşə təhsili proqramının tədris olunması 6, 12, 24 ay müddətləri ərzində nəzərdə tutulmuşdur.

Arzu edənlər 6 aydan sonra çalışacaqları iş yerlərinin olduğu təqdirdə öz təhsillərini 12 aylıq proqram üzrə davam etdirə bilərlər. Növbəti 6 ay ərzində verilən tapşırıqları iş sahələrində real işlərin icrası əsasında yerinə yetirəcək və həftədə 1 və ya 2 dəfə mərkəzə gələrək gördükləri işi qiymətləndirilmə üçün təqdim edəcəklər. Müəllimlərimizin və Qiymətləndiricilərimizin peşəkar istiqamətləri ilə daha yüksək texniki biliklər əldə edəcək və çalışdıqları təşkilatda daha lazımlı kadra çevriləcəklər. Tədris ilini müvəffəqiyyətlə başa vurmuş  məzunlar beynəlxalq "NVQ" səviyyələrindən üçüncünü əldə edəcəklər.

24 aylıq proqramda 12 aylıq proqram mənimsəmiş və müvəffəqiyyət qazanmış məzunların iştirak etmək hüququ var. Bu təhsil proqramında daha çox mühəndislik hesablamaları ilə bağlı olan çalışmalar yerinə yetiriləcək. Bu zaman yüksək peşə təhsili ilə yanaşı, beynəlxalq NVQ səviyyələrindən müvafiq olaraq 4 və 5-ci pilləri əldə etmiş olacaqlar.

Proqramımızı yaxşı mənimsəmiş müvəffəqiyyətli məzunların digər üstünlükləri isə, onlara sənaye təşkilatlarında ixstisaslara uyğun müvafiq iş tapmalarına köməklik göstəriləcək, mərkəzin dövlət və özəl şirkətlərlə olan münasibətlərindən geniş istifadə olunacaqdır.  

"KULANE" mütəxəssis hazırlıq mərkəzinin tələbələri, real iş mühitini öyrənmə, peşə biliklərinə və bacarıqlarına yiyələnmə, sənaye təcrübəli peşəkar müəllimlərdən dərs alma, davamlı inkişaf imkanları və üstünlükləri ilə hər kəsdən fərqlidir!...