Close

Hündürlükdə görülən işlər - Sənaye Alpinizmi (Rope Access)

setem

GİRİŞ

Mərkəzimizdə, Sənaye alpinizmi (rope access) ixtisası üzrə peşə təhsili proqramının tədris olunması 6-12 ay müddətində nəzərdə tutulmuşdur. KuLane PTM, öz tədris proqramında, yüksəklidə və digər əlçatmaz yerlərdə təhlükəsizlik qaydalarına maksimum riayət edərək, ən az avadanlıq istifadə edilərək qısa yollarla tətbiq edilən sənaye alpinizmi (rope access) peşəsinin öyrədilməsini həyata keçirir. Peşə təhsil proqramı nəzəri biliklərlə yanaşı, tələbələrin, tədris ili boyunca praktiki təlimlərə qatılmasına və sonda beynəlxalq sertifikatla təmin olunması məqsədilə qurulmuşdur. Məzunlarımız, tədris ilinin sonunda yerli və beynəlxalq qurumların təsdiqi əsasında verilmiş diplomla və sertifikatlarla təmin olunacaqlar.

 

ƏSAS AMİLLƏR:

Kursun Müddəti Adətən 6-12 aydır
Davamiyyət Həftədə 5 gün
İlkin tələblət Tam orta təhsilli, öyrənmək qabilliyyətli və peşə sahələrinə həvəsli sağlam şəxslər
FMV təminat Bəli
Necə qiymətləndirilir? Təlim və tapşırıqları yerinə yetirməyə kömək üçün sizə kurs təlimatçısı/ekspert ayrılacaq. Siz təyin olunmuş qiymətləndiriciniz tərəfindən iş yerində müşahidə olunacaqsınız
Nə öyrənəcəm? Praktik peşə bilikləri və onların Hündürlükdə görülən işlər - Sənaye Alpinizmi qaydalarına uyğun olaraq tətbiq olunması.

 

Nə üçün KULANE Mütəxəssis Hazırlıq Mərkəzi?

  • Real iş mühitini öyrənmə;
  • Peşə biliklərinə və bacarıqlarına yiyələnmə;
  • İşəgötürənlərlə olan geniş əlaqələrdən yararlanma;
  • Sənaye təcrübəli peşəkar müəllimlərdən dərs alma;
  • Davamlı inkişaf imkanları və s üstünlüklərdən yararlanacaqsınız.

 

Necə müraciət edə bilərəm?

Əlaqə bölməsinə daxil olub Sizə uyğun vasitələrdən biri ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

 

Daha sonra? - Mərkəzə üzvlük, mərkəzin kitabxanasından və mental xidmətlərindən  istifadə hüququ.

 

setem-graphic