Yükqaldırma işləri üzrə peşə təhsili(Lifting & Rigging)
GİRİŞ
Mərkəzimizdə, yükqaldırma (rigging) ixtisası üzrə peşə təhsili proqramının tədris olunması 6-12 ay müddətində nəzərdə tutulmuşdur. Kulane PTM yükqaldırma (rigging) tədris proqramının məqsədi nəzəri və praktiki biliklərin əldə edilməsi və bu biliklərin tətbiqinin mənimsənilməsidir. Peşə təhsil proqramı tələbələrin tədris ili boyunca praktiki təlimlərə qatılmasına və sonda beynəlxalq sertifikatla təmin olunmasını təmin edir. Məzunlarımız, tədris ilinin sonunda yerli və beynəlxalq qurumların təsdiqi əsasında verilmiş diplomla və sertifikatlarla təmin olunacaqlar.
ƏSAS AMİLLƏR:
Kursun Müddəti | Adətən 6-12 aydır |
---|---|
Davamiyyət | Həftədə 5 gün |
İlkin tələblət | Tam orta təhsilli, öyrənmək qabilliyyətli və peşə sahələrinə həvəsli sağlam şəxslər |
FMV təminat | Bəli |
Necə qiymətləndirilir? | Təlim və tapşırıqları yerinə yetirməyə kömək üçün sizə kurs təlimatçısı/ekspert ayrılacaq. Siz təyin olunmuş qiymətləndiriciniz tərəfindən iş yerində müşahidə olunacaqsınız |
Nə öyrənəcəm? | Sağlamlıq və əməyin təhlükəsizliyi, yükqaldırma işləri üzrə bilik və bacarıqları, komanda ilə əlaqə və peşəkar işləmək bacarığı. Mərkəzi uğurla bitirən məzunlar Beynəlxalq “Rigging and Lifting” Sertifikatı, uygun olaraq NVQ Səviyyə 2 və ya 3 əldə edəcəklər. |
Nə üçün KULANE Mütəxəssis Hazırlıq Mərkəzi?
- Real iş mühitini öyrənmə;
- Peşə biliklərinə və bacarıqlarına yiyələnmə;
- İşəgötürənlərlə olan geniş əlaqələrdən yararlanma;
- Sənaye təcrübəli peşəkar müəllimlərdən dərs alma;
- Davamlı inkişaf imkanları və s üstünlüklərdən yararlanacaqsınız.
Necə müraciət edə bilərəm?
Əlaqə bölməsinə daxil olub Sizə uyğun vasitələrdən biri ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Daha sonra? - 12 ayliq peşə texniki təhsil və ya 24 aylıq yüksək peşə təhsili.