KVET Əlavə Təhsil Mərkəzi əmək yarmarkasında iştirak etdi
Bu gün Siyəzən rayon Heydər Əliyev Mərkəzində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə əmək yarmarkası keçirildi. 10 dan çox şirkət və müəssisənin qatıldığı yarmarkada KVET Əlavə Təhsil Mərkəzi də təmsil olunurdu.
İşaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil olunan yarmarkada KVET Əlavə Təhsil Mərkəzinin təqdim etdiyi peşə sahələrinə maraq kifayət qədər böyük oldu.
Mərkəzin əməkdaşları işaxtaran insanlara karyera imkanları, əmək bazarının tələb etdiyi sahələr, peşə seçimi və peşə hazırlığı istiqamətlərində tövsiyələrini verdilər. 20-yə yaxın işaxtaran şəxs KVET Əlavə Təhsil Mərkəzində elektrik montyoru, qaynaqçı, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) və Yükqaldırma əməliyyatları üzrə mütəxəssis peşələrinə yiyələnmək üçün qeydiyyatdan keçdilər.