Böyük Britaniyada SƏTƏM qaydalarını pozduğuna görə şirkət fantastik məbləğdə cərimələnib

Böyük Britaniyanın Mançester şəhərində bir evin fasadına daş lövhə yerləşdirmək istəyən şirkət 253 min manat (120 min funt sterlinq) cərimələnib. Sağlamlıq və Əməyin Təhlükəsizliyi üzrə müfəttişlər əraziyə baxış keçirərkən məlum olub ki, təhlükəsizlik baryeri çəkilmədən, teleskopik yükləyici ilə eyni anda iki işçini binanın fasadına qaldırılaraq fasada daş lövhə yerləşdirməyə çalışırlar. Bu, hər iki işçinin və yaxınlıqdan keçən insanların həyatı üçün təhlükə yaratdığına görə sözügedən işin icraçısı olan Hoyle Developments şirkəti fantastik məbləğdə cərimələnib. Məsələ ilə bağlı verilən açıqlamada qeyd olunub ki, Hoyle Developments şirkətinə SƏTƏM qaydalarını pozduğuna görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yolverilən nöqsanlar aradan qaldırılmayıb, nəticədə sözügedən şirkət 253 min manat cərimə ödəmək məcburiyyətində qalıb.