Alışan qaz balonunu çölə atmaq istədi, nəticədə xəsarət aldı
Kateqoriya: Xəbərlər

Bakı şəhəri, Sabunçu rayonunda qaz balonunun alışması nəticəsində 52 yaşlı qadın yanıq xəsarətləri alıb.
Rayonun M.Hüseynzadə küçəsində fərdi evin mətbəxində qaz balonunun alışması nəticəsində yanğın olub.
Hadisə nəticəsində ev sahibi 1971-ci il təvəllüdlü Nailə Bǝdirxanova qaz balonunu kənara atmaq istəyən zaman əl və ayaq nahiyəsindən yanıq xəsarətləri alıb.