Dövlət Məşğulluq Agentliyi ilə KVET Əlavə Təhsil Mərkəzi birgə peşə hazırlığına başladı
Bu gün Dövlət Məşğulluq Agentliyi ilə KVET Əlavə Təhsil Mərkəzi birgə növbəti layihənin icrasına start verdi. Bu layihə çərçivəsində əmək bazarında iş axtaran insanlar 3 ay ərzində “elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” peşəsinin sirlərini öyrənəcəklər.
Qeyd edək ki, məşğulluq probleminin həlli dövlətimizin qarşısında dayanan prioritet məsələlərdəndir. Bu baxımdan əhalinin işlə təmin olunması üçün Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi layihələrdən biri də iş axtaran şəxsləri peşə kurslarına cəlb etmək və onların yeni peşələr öyrənməsinə yardım göstərməkdir.
KVET Əlavə Təhsil Mərkəzi bu sahədə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edir və “elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” sahəsində peşə hazırlığı kursu sayca ikinci birgə layihədir.
KVET Əlavə Təhsil Mərkəzi olaraq dövlətimizin həyata keçirdiyi layihələrə töfə verməkdən qürur duyuruq!
#DövlətMəşğulluqAgentliyi #KVET #KulanePeşəTəhsilMərkəsi #PeşəTəhsili #ElektrikMontyoru