Close

“Təhsil haqqında” Milli Məclisdə birinci oxunuşa çıxarıldı

Kateqoriya: Xəbərlər
  • 05 Noy
    2022
  • 15:15
  • 16
  • 0
    0
05.11.2022 - 15:15
16
0

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq “Təhsil haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Qanun layihəsi parlamentin noyabrın 5-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən “Təhsil haqqında” Qanuna 29.0.10-1-ci, 29.0.10-2-ci və 32.3.18-4-cü maddələr əlavə edilir.

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar müəyyən edilir (29.0.10-1.).

Həmçinin orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar da müəyyən edilir (29.0.10-2).

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada bir təhsil müəssisəsindən digərinə köçürülmək, təhsil müəssisəsindən xaric və ya müəssisəyə bərpa olunmaq və akademik məzuniyyət götürülməsi (32.3.18-4.) müəyyənləşdirilir.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.